"Qarabağ" klubu Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda da qələbə qazandı. Siasportçaz saytı xəbər verir ki, ilk oyunda "Banqa"nı 4:0 hesabı ilə yenən ağdamlılar Bakıdakı cavab qarşılaşmasında litvalıları üç cavabsız qolla məyus etdi.
Hesabı 29-cu dəqiqədə alban müdafiəçi Admir Teli açdı. 35-ci dəqiqədə Rəşad Sadiqov fərqləndi. 77-ci dəqiqədə yenə alban futbolçu - bu dəfə Ansi Aqoli rəqib qapısına yol tapdı.
"Qarabağ" - "Banqa" oyunundan fotoları təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB