Avropa Liqasının birinci təsnifat mərhələsində mübarizəni dayandıran AZAL futbol klubunun baş məşqçisi Nazim Süleymanov istefa verib. SİA-nın məlumatına görə, Süleymanov "Minsk"ə məğləbiyyətdən sonra postunu tərk etmək qərarına gəlib.

Baş məşqçinin istefasına səbəb komandasının Avropa Liqasında uğursuz çıxışı olub. İlk oyunda "Minsk"lə heçə-heçə (1:1) oynayan AZAL cavab görüşündə belaruslulara yenilib (1:2). Nəticədə AZAL Avropa Liqasında mübarizəni I təsnifat mərhələsində dayandırıb: "Bu nəticəni gözləmirdim. Futbolda belə şeylər olur. Səhv edən komanda uduzur. İkinci yarıda 10 nəfərlə qalsaq da, birinci hissədən daha yaxşı oynadıq. Komandaya uğurlar arzulayıram. Günahkar mənəm və gedirəm. İstefa qərarımı futbolçulara və rəhbərliyə demişəm".

AZAL klubu baş məşqçi postundan ayrılan Nazim Süleymanovun istefasını qəbul edib. Bu barədə jurnalistlərə klubun prezidenti Vaqif Qasımov bildirib.

O deyib ki, Belarus "Minsk"inə məğlubiyyətdə günahkar baş məşqçidir. Qasımov Süleymanovu yerli mütəxəssisin əvəzləyəcəyini açıqlayıb: "Bizə əcnəbilər lazım deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə