"Adidas" şirkəti UEFA Çenmpionlar Liqasında oynanılacaq yeni topu təqdim edib
"Adidas" şirkəti 2011-2012-ci il Çempionlar Liqasında bütün komandaların oynayacaqları yeni topu təqdim edib. Siasport.az saytı xəbər verir ki, bu, "Uembli"dəki son final matçı üçün hazırlanmış topu xatırladır. Lakin bir sıra fərqləri də var. Söhbət ilk növbədə, ulduzların rəngli qammasından gedir. İyulun 1-də "Nike" şirkəti Avropanın İngiltərə, İtaliya və İspaniya kimi aparıcı futbol çempionatları üçün yeni topları təqdim edib. Topa "T90 Seitiro" adı verilib. Topun əsas xarakteristikası dəqiqliyində və yaxşı görüntüsündədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB