"Mən "Barselona"da necə oynayıramsa, Argentina millisində də elə oynayıram"
Hazırda Amerika Kubokunda ugursiz çıxış edəm futbol üzrə Argentina milli komandası böyük təzyiq hədəfinə çevrilib. Siasport.az saytı xəbər verir ki, milli komandanın uğursuz çıxışına görə Argentina mətbuatı daha çox "Barselona"nın argentinalı futbol ulduzu Leonel Messini "yıxıb sürüyür". Çoxları onun milli komandada "Barselona"da sərgilədiyi oyunun heç 10 faizini belə göstərmədiyini düşünürlər. Futbolçunun özü isə, Argentinanın "La Cronica" qəzetinə verdiyi müsahibəsində həqiqətin belə olmadığını, haqqında danışılanların şayiə olduğunu və "Barselona"da olduğu kimi milli komanda da fəallıq göstərdiyini açıqlayıb. Amerika Kuboku uğrunda mübarizəyə yaxşı başlamadıqlarını deyən L.Messi, bununla yanaşı, kubokun qalibinin məhz Argentina olacağına əmin olduqunu dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB