Sumqayıtda mini- futbol yarışına yekun vurulub

Sumqayıtda mini- futbol yarışına yekun vurulub

Sumqayıt şəhərində təşkil olunan mini- futbol yarışına yekun vurulub. Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin SİA-nın əməkdaşına verdiyi məlumata görə, startı 24 may tarixindən verilən Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə "28 may Respublika günü" nə həsr olunmuş Baş İdarənin kuboku uğrunda məhəllə və mikrorayonların 1996-97; 1998-99-cu il təvəllüdlü oğlanları arasında mini-futbol üzrə birinci şəhər yarışına 04 iyul 2011-ci il tarixində yekun vurulub. Yarımfinal və final oyunları 13 və 18 -ci mikrorayonlarda yeni qurulan nümunəvi məhəllədə tikilmiş süni örtüklü mini-futbol meydançalarında təşkil edilib. İki aya yaxın davam edən 4 yaş qrupunu əhatə edən məhəllə və mikrorayonların qatıldığı yarışda 1330 uşaq, yeniyetmə və gənclər iştirak edib. Ümumilikdə 300-ə yaxın oyun keçirilib.

Final oyununda şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov başda olmaqla şəhərin hüquq mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri də iştirak edirdi.

İlk olaraq meydançaya kiçik yaş qrupunda olan komandlar 8 və 21-ci mikrorayonların komandaları daxil olublar. Oyun 6:2 hesabı ilə 8-ci mikrorayonun xeyrinə yekunlaşıb. 3-cü yeri 30-cu məhəllənin komandası tutub. Daha sonra meydançaya böyük yaş qrupunda olan 2 və 8 -ci mikrorayonların komandaları daxil olublar. Bu oyunda isə 3:2 hesabı ilə 2-ci mikrorayonun komandası qalib gələrək Baş İdarənin Kubokuna sahib olub. İnşaatçılar qəsəbəsinin komandası isə üçüncü yeri tutub.

Yarışda 1-3-cü yerləri tutan komandalar kubok və komandanın hər bir üzvü (cəmi 120 nəfər) Baş İdarə tərəfindən fəxri fərmanlar, medal və hədiyyələr ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə