Fabreqas "Bir daha "Arsenal" forması geyməyəcəm" dedi...

Fabreqas "Bir daha "Arsenal" forması geyməyəcəm" dedi...
Budur, İngiltərənin "Arsenal" futbol klubunun ispaniyalı ulduz futbolçusu Ses Fabreqas artıq bir daha "Arsenal" forması geyinməyəcəyini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, neçə gündür ki, "Barselona" klubuna transfer olumnasına əngəl törədən klub rəhbərliyi ilə "qanlı-bıçaq" olan S.Fabreqas, futbolçu yoldaşlarına "Bir daha "Arsenal" forması geyinməyəcəm" deyərək, klub rəhbərliyinə də ciddi mesaj göndərib.
İngiltərənin "The Sun" qəzeti , onun artıq "Barselona"nın menecerləri ilə sıx təmasda olduğunu yazır. Qəzet yazır ki, "Barselona" "Arsenal"ın S.Fabreqasın transferi üçün tələb etdiyi 40 milyon avronu ödəmək istəməsə də, artıq 35 milyon avro civarında razılıq əldə etmək üçün yenidən "topçular"ın qapısını döyməyə hazırlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə