TFF prezidenti ilə \"Fənərbaxça\" rəhbərləri arasında qarşıdurma yarandı!

TFF prezidenti ilə \"Fənərbaxça\" rəhbərləri arasında qarşıdurma yarandı!

Türkiyə futbolunda baş verən qalmaqal, artıq geniş çevrə halını almağa başlayıb. Siasport.az saytı xəbər verir ki, \"Fənərbaxça\" futbol klubunun prezidenti Əziz Yıldırımın və klubun başqa nümayəndələrinin həbs olunmalarına etiraz edən digər \"Fənərbaxça\" rəhbərləri Türkiyə Futbol Federasiyasına (TFF) gələrək Ə.Yıldırımın həbsi ilə bağlı TFF prezidenti Mehmet Alı Aydınlardan izahat tələb ediblər. Keçmiş klubunun rəhbərləri tərəfindən belə şəkildə hücuma mərtuz qalacağını düşünməyən TFF prezidenti isə, hər şeyin hüquq mühafizə orqanları səviyyəsində araşdırıldığını, bu məsələdə TFF-nin görə biləcəyi heç bir işin olmadığını onların diqqətinə çatdırıb. Bundan sonra keçmiş iş həmkarlarına qarşı daha da qəzəbli görünən \"Fənərbaxça\"nın vitse prezidenti Ali Koç və digər nümayəndə Nihat Özdemir, TFF prezidentini \"Fənrbaxça\" ya sadiq olmamaqda ittiham ediblər. Qonaqların bu ittihamından daha da qəzəblənən M.A.Aydınlar, \"Siz məndən də yaxşı \"Fənərbaxça\"lısınız?\" deyərək onlarla danışıqları dayandırıb. Xatırladaq ki, M.A.Aydınlar TFF prezidenti olmamışdan əvvəl \"Fənərbaxça\" idman klubunda çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə