Ərdoğan Türkiyə futbolunda baş verənlərdən danışdı...

Ərdoğan Türkiyə futbolunda baş verənlərdən danışdı...
"Türkiyə furbolunda oyun alış-verişi ilə bağlı baş verənlər təkcə "Fənərbaxça" futbol klubu ilə əlaqəli deyil. Bu məsələnin kökü daha geniş çevrəni əhatə edir".
Siasport.az saytı xəbər verir ki, bu açıqlama ilə Türkiyənin Baş naziri Rəcəb Teyyup Ərdoğan çıxış edib. Baş nazir, bir "Fənərbaxça"lı azarkeş olmaqdan başqa klubun ali seçkili orqanında da nümayəndə olduğunu deyərək, bunun həyata keçirilən əməliyyata heç bir təsir göstərməyəcəyini diqqətə çatdırıb. Baş nazir açıqlayıb ki, onlar hər şeyin haqq və ədalət çərçivəsində yoluna qoyulması üçün hüquq mühafizə orqanlarının fəaliyyətlərini dəstəkləyirlər. Daha çox UEFA və FİFA səviyyəsində Türkiyə əleyhinə mənfi imicin yaranmamasına çalışdıqlarını deyən R.T.Ərdoğan, tez bir zamanda bu əməliyyatın başa çatmasının vacib olduğunu da dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə