Fabreqas artıq "Arsenal" üçün baş ağrısına çevrilir!

Fabreqas artıq "Arsenal" üçün baş ağrısına çevrilir!

İngiltərənin "Arsenal" futbol klubunun ulduz futbolçusu Sers Fabreqasın "Barselona"ya transfer məsələsi əməlli başlı nağıla çevrilib. Siasport.az saytı xəbər verir ki, ispaniyalı futbolçu, onun "Barselona"ya transfer olmağa icazə verməyən "Arsenal" rəhbərliyi ilə açıq şəkildə kobud davranmağa başlayıb. Belə ki, dünən klubun təlim-məşq toplanışına qatılmaqdan boyun qaçıran S.Fabreqas, bu gün də "Arsenal" rəhbərliyinin xəbəri olmadan klubun bazasını icazəsiz tərk edərək əyləncə məkanına üz tutub. artıq açıq-aşkar görünür ki, S.Fabreqas "Arsenal2 rəhbərliyi üçün ciddi baş ağrısına çevrilir.

Bütün xəbərlər Facebook səhifəmizdə