Fərid Aslanov bu yaxınlarda Polşanın Krakov şəhərində məktəblilərin dünya birinciliyində iştirak edib. Onun 9 yaşı var. O, 9 yaşlı şagirdlər arasında bütün rəqiblərinə qalib gələrək məktəblilər arasında dünya çempionu olub. 3 nömrəli Uşaq-Gənclər İdman Şahmat-Dama Məktəbinin direktoru Elbrus Sadıqov belə deyir: "Onun ilk məşqçisi İlqar Əliyev olub, Hazırda onunla məşqçi İlham Əliyev məşğul olur. Hər iki məşqçinin bu uşaq üzərində böyük əməyi var.
Fərid Respublika birinciliyinin finalçısıdır. Çox güman ki, o, bu yaxınlarda başlayacaq yarışda da qalib adını qazanacaq.
May ayının 11-də Fərid məşqçisi ilə birlikdə Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov tərəfindən qəbul edilib. Həmin vaxt Fərid və məşqçisi qiymətli hədiyyələrlə təltif olunub.
Baxmayaraq ki, Fərid Sumqayıt şəhərindəki 12 saylı orta məktəbin 3-cü sinfində oxuyur, o, istedadlı uşaqdır. Mən inanıram ki, Fərid bu templə getsə məktəbimizin yetişdirdiyi 5-ci qrossmeyster olacaq. Bu yolda mən ona uğurlar arzulayıram".
Fəridin valideyni Səbuhi müəllim və onun həyat yoldaşı şahmatın fanatlarıdır. Onlar müntəzəm olaraq məktəbdədirlər. Öz uşaqları ilə sözün həqiqi mənasında maraqlanırlar.
Bu yaşda bizdə məktəblər arasında dünya çempionu olan uşaq olmayıb.
Biz Fərid Aslanova uğurlar arzulayırıq!
N.Məmmədli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB