İngiltərənin "Çelsi" futbol klubunun fransız futbolçusu Nikola Anelka futbol həyatını Rusiyada davam etdirə bilər. Siasport.az saytı xəbər verir ki, artıq fransız futbolçunun çıxış edəcəyi Rusiya futbol klubunun adına da aydınlıq gəlib. Belə ki, "zadəganlar"ın ulduz futbolçusu rusiyalı milyarder Süleyman Kərimovun sahibi olduğu "Anji"də forma geyinəcək.
Rusiyanın "Kommersant" qəzeti yazır ki, artıq digər bir rusiyalı zəngin iş adamı olan Roman Abromoviçlə S.Kərimov arasında bu məsələ barəsində böyük ölçüdə razılıq əldə olunub. 32 yaşlı futbolçunun yüksək maliyyə vəsaiti hesabına bu transferə müsbət yanaşdığı da rusiya mətbuatında xsusi olaraq vurğulanır. Xatırladaq ki, "Anji", keçən il "Real"ın əfsanələrindən olan Roberto Karlosu da heyətinə daxil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB