Hazırda Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışını davam etdirən \"İnter\" klubu bu gün ikinci yoxlama görüşünə çıxacaq. Siasport.az saytı xəbər verir ki, bu il ölkəmizi Avrokuboklarda təmsil etməyən \"bankirlər\", bütün diqqətlərini yeni mövsümün hazırlıqlarına yönəldiblər. Paytaxt klubunun növbəti rəqibi ötən mövsüm Türkiyə Super Liqasına vəsiqə qazanan \"Mersin İdman Yurdu\" olacaq. Qarşılaşma Bakı vaxtı ilə axşam saat 19.00-da start götürəcək. Qeyd edək ki,bu komanda heyətinə Mert Nobre və Öndər Turacı kimi məşhur futbolçuları qatıb. \"Mersin İdman Yurdu\" klubunu Türkiyənin tanınmış məşqçisi Nurullah Sağlam çalışdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB