Johan Elmander Fatih Terimin sevimli futbolçusuna çevrilir

Johan Elmander Fatih Terimin sevimli futbolçusuna çevrilir

İstanbulun "Qalatasaray" futbol klubunun İngiltərənin "Bolton" futbol klubundan transfer etdiyi isveçli hücumçu Johan Elmander, deyəsən yavaş-yavaş "cim bom"luların sevimlisinə çevrilməyə başlayıb. Siasport.az saytı xəbər verir ki. hazırda Avstriyada təlim-məşq toplanışında olan İstanbul klubunun heyətində daha çox şən və istiqanlı görkəmi ilə seçilən J.Elmander, həttda baş məşqçi Fatih Terimin də "gözünə girə bilib". Belə ki, Türkiyə mətbuatında yayımlanan məlumatlarda və fotoşəkillərdə F.Terimin hər zaman J.Elmanderlə səmimi və işgüzar təmaslarda olduğu aydın şəkildə seçilir. Çox güman ki, F.Terim yeni mövsümdən İstanbul klubunun hücum xəttində daha çox Milan Baroşla J.Elmanderə güvənməli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə