İngiltərənin "Arsenal" futbol klubunun kamerunlu futbolçusu Aleksandr Sonqu 2 illik həbs olunmaq təhlükəsi gözləyir ki, bu da ingilis klubunun yeni mövsümdəki hazırlıq planlarına ciddi zərbə vuracaq. Siasport.az saytı xəbər verir ki, ölkəsi Kamerunda gənclər arasında baş verən dava-dalaşa qarışan "Arsenal"ın futbolçusu, bir məktəbli gənci möhkəmcə əzişdirməli olub. Buna səbəb isə, "topçular"ın forvardının ondan dava-dalaşa son qoymasını tələb etməsi müqabilində onun A. Sonqu söyüşlərə "qonaq etməsi" olub. Buna dözməyən A.Sonq isə "səxavətini göstərmək üçün" yumruqlarını möhkəm şəkildə işə salmalı olub. Bu isə Kamerun qanunvericiliyində 2 ilə qədər həbs olumnaq cəzasına bərabərdir. Hazırda futbolçunun meneceri və "Arsenal" təmsilçiləri hadisəni araşdırmaqla məşğuldurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB