Övlad sevgisi Karlos Tevezi "Mançester Siti"dən getməyə məcbur edir...

Övlad sevgisi Karlos Tevezi "Mançester Siti"dən getməyə məcbur edir...

İngiltərənin "Mançester Siti" futbol klubunun argentinalı forvardı Karlos Tevezin ərəb şeyxlərinin sərəncamında olan ingilis futbol klubunu nəyə görə tərk etməyə hazırlaşdığının əsl səbəbi məlum olub. Siasport.az saytı xəbər verir ki, bu barədə artıq futbolçunun meneceri deyil, K.Tevezin özü məlumat verib. Sən demə, balaca qızları üçün həddən artıq darıxan argentinalı ata, artıq "dumanlı albiom"a "əlvida" deyib doğma vətənə qayıtmaq istəyir. Qızları olmadan artıq Mançesterdə yaşamasının mümkün olmadığını deyən K.Tevez, indi daha çox vaxtını övladlarına həsr etmək istədiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə