Əslən Azərbaycandan olan boksçu Kostya Tszyu superkubokunda çıxış edib
Ötən istirahət günlərində Tümendə boks üzrə Kostya Tszyu kubokunun superfinal görüşləri olub. Siasport.az saytı xəbər verir ki, yarışlarda Azərbaycan, Rusiya, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərindən olan peşəkar boksçular iştirak ediblər. Tümenlilər birinci yarımorta çəki dərəcəsində (63,5 kiloqrama qədər) Nijni Taqil komandasının heyətində çıxış edən Fariz Kazımov ilə Dmitri Mixaylenko (Tümen) arasında döyüşü xüsusi maraqla gözləyirdilər. Bu idmançıların hər ikisi müxtəlif illərdə superkuboka sahib olublar. Mixaylenko 2010-cu ildə Kostya Tszyu kubokunda qalib gəlib.
Boks aləmində "Voin" ləqəbi ilə tanınmış Kazımov 2009-cu ildə ən yaxşı boksçu hesab edilib. Bundan əlavə, yeddi il əvvəl Rusiyaya köçüb getmiş bu azərbaycanlı Rusiya Federasiyasının çempionu və birinci yarımorta çəki dərəcəsində WBC Baltic çempionudur. 2009-cu ilin noyabr ayında o, ABŞ nümayəndəsi, əvvəllər üç dəfə dünya çempionu olmuş DeMarcus Corley ilə gərgin döyüşdə qalib gəlib. 2006-cı ildən peşəkar boksçu kimi çıxış edən soydaşımızın statistik göstəriciləri belədir: 14 döyüş, 12 qələbə, 1 məğlubiyyət, 1 heç-heçə.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB