Son beş ildə idmançılarımız beynəlxalq yarışlarda 2583 medal qazanıblar
Son beş ildə Azərbaycan idmançıları tərəfindən müxtəlif beynəlxalq yarışlarda ümumilikdə 2583, o cümlədən 927 qızıl, 709 gümüş və 947 bürünc medal qazanılıb. Siasport.az saytı xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi açıqlama yayıb. Komitənin məlumatına əsasən, 2010-cu ildə beynəlxalq turnirlərdə 206-sı Olimpiya idman növləri üzrə olmaqla 675 medal əldə edilmiş və onların 85-i qadınlara məxsusdur. Medalların 182-si dünya çempionatlarında, 97-si Avropa çempionatlarında, 83-ü dünya kuboku yarışlarında qazanılıb. Gənc idmançılarımız Yeniyetmələrin Birinci Yay Olimpiya Oyunlarında uğurla çıxış edərək 204 ölkə arasında 11-ci yeri tutublar.
2011-ci ilin birinci yarısında idmançılarımız mühüm nailiyyətlər əldə ediblər və beynəlxalq yarışlarda 68-i Olimpiya idman növləri üzrə olmaqla 103 medal qazanıblar. Onların 24-ü qızıl, 30-u gümüş, 49-u bürüncdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB