Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasına (FAİREX) Beynəlxalq Dağçılıq Federasiyasından (UİAA) gənclərin Makedoniyada keçiriləcək toplantısında iştirak etmək üçün dəvət məktubu gəlib.
Siasport.az saytı xəbər verir ki, avqustun 21-27-də təşkil olunacaq toplantı UİAA-nın hər il təşkil etdiyi Gənclərin Qlobal Sammiti (UIAA Global Youth Summit) gənclik proqramı çərçivəsində keçiriləcək. Proqram çərçivəsində keçirilən toplantılar müxtəlif ölkələrdən olan gənc idmançılara təcrübə mübadiləsi aparmaq üçün geniş imkanlar yaradır. Toplantı ərzində bilik mübadiləsi məqsədi ilə müxtəlif mühazirələr, seminarlar və nümayişlər keçirilir.
Toplantının proqramında Zli Dol kanyonuna qaya yürüşləri, Qaliç dağının zirvəsinə yürüş etmək və Orxid gölündə üzmək nəzərdə tutulub
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB