Diyeqo Forlan bu dəfə "Atletiko Madrid"i hədələdi

Diyeqo Forlan bu dəfə "Atletiko Madrid"i hədələdi
İspaniyanın "Atletiko Madird" futbol klubunun uruqvaylı futbolçusu Diyeqo Forlan, "Atletiko Madrid" əleyhinə hədə-qorxu dolu açıqlamalar verib. Siasport.az saytı xəbər verir ki, hazırda futbol üzrə Uruqvay milli komandasının heyətində olan D.Forlan, hazırkı klubunda futbol həyatını davam etdirmək istədiyini deyərək, La Liqada futbol oynamağa davam edəcəyini dilə gətirib. Uruqvaylı futbolçu bununla yanaşı, "Atletiko Madrid" nümayəndələrinin onunla yolları ayırmaq istədiklərindən xəbərdar olduğunu deyərək, hazırkı klubu ilə hələ 2 illik müqaviləsinin qüvvədə olduğunu diqqətə çatdırıb. O bildirib ki, əgər klub rəhbərliyi onunla yolları ayrımaq istəyirsə, onda Madrid təmsilçisindən yüksək təzminat tələb edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə