"Real" 30 milyon avroya futbolçu transfer etdi!

"Real" 30 milyon avroya futbolçu transfer etdi!

İspaniyanın "Real" futbol klubu daha bir transfer həyata keçirib. Siasport.az saytı xəbər verir ki, kral klubu Portuqaliyanın "Benfika" futbol klubunun 23 yaşlı futbolçusu Fabio Koentraunu transfer edib. Amma bu transfer kral klubuna ucuz başa gəlməyib. Belə ki, "Real" bu futbolçunu transfer etmək müqabilində "Benfika"ya düz 30 milyon avro pul ödəməli olub. 23 yaşlı futbolçunu heyətinə qatmaqla, kral klubu yeni mövsümdə ciddi məqsədlər hədəflədiyini nümayiş etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə