İvan Çeparinov beynəlxalq turnirin qalibi oldu

İvan Çeparinov beynəlxalq turnirin qalibi oldu

Bolqarıstanın Albene şəhərində keçirilən beynəlxalq şahmat turniri 7,5 xal toplamış İvan Çeparinovun (Bolqarıstan) qələbəsi ilə başa çatıb. Siasport.az saytı xəbər verir ki, səkkiz şahmatçı ondan yarım xal geri qalıb.

Azərbaycan şahmatçılarından Bəhruz Rzayev 6,5, Eldar Musayev 6, Təbriz İdrisov 5 xal toplayıb.

Mükafat fondu 40 min avro olan beynəlxalq festival İsveçrə sistemi ilə 9 turda keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə