"İnter"də baş məşqçi dəyişikliyi oldu

"İnter"də baş məşqçi dəyişikliyi oldu
"İnter" klubunun əvəzedici komandasına yeni baş məşqçi təyin olunub. Siasport.az saytı xəbər verir ki, bu vəzifə Tofiq Mustafayevə tapşırılıb. Buna qədər "İnter"in 1996-cı il təvəllüdlü futbolçularından ibarət komandasını çalışdıran T.Mustafayev bu postda Elşad Əhmədovu əvəz edib.

Xatırladaq ki, E.Əhmədovun bir müddət öncə "Neftçi"nin əvəzedici heyətinin baş məşqçisi vəzifəsinə keçidi rəsmiləşmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə