Rövşən Umudov: "Sona Əhmədlinin “Qızıl Qran Pri” yarışında iştirakına hələ qərar verməmişik"-AÇIQLAMA
"Artıq 3 aydır yığma komanda ilə çalışıram. İlk yarışımız Avstriyada olub. O yarışda yaxşı çıxış etdik". Siasport.az saytı xəbər verir ki, bu sözləri qadın güləşi üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Rövşən Umudov deyib. O, hazırda idmançılarımızın təlim-məşq toplanışında olduğunu qeyd edib: "Hazırda "Qızıl Qran Pri" yarışına hazırlaşırıq. Bizimlə birlikdə Böyük Britaniya, Bolqarıstan, Rusiya və Yaponiya idmançıları da məşqlər keçirlər. Çatışmayan tərəflər var, onları aradan qaldırmağa çalışırıq. Məşqlər yaxşı gedir, qızlar tapşırıqları yerinə yetirirlər".
Baş məşqçi heyətlə bağlı da danışıb: "Ötən dəfəki "Qran Pri" yarışında komandamızın yaxşı nəticə qazana bilmədiyindən xəbərim var. Bu dəfəki yarışda yaxşı çıxış etməyə çalışacağıq. Hazırlıq ürəyimizcə keçir. Komandamızda ciddi zədəli idmançılar yoxdur. Bir Sona Əhmədli əməliyyatdan 3 aydır ki, çıxıb. Onun yarışda iştirakına hələ qərar verməmişik. Komandanın yaxşı çıxış edəcəyinə ümid edirəm".
R.Umudov daha çox uğurlu çıxışına inandığı idmançıların adlarını çəkib: "Komandanın lideri Maria Stadnik, Yuliya Ratkiyeviç, Nadya Sementsovanın daha uğurlu çıxışına inanıram".
Yeni təlim-məşq bazası haqqında da fikirlərini bildirən baş məşqçi belə deyib: "Yeni təlim-məşq bazamız dünyada güləş bazaları arasında analoqu olmayan bir idman qurğusudur. Burda bizim üçün hər cür şərait yaradılıb. Azərbaycan Güləş Federasiyası dünyanın bir nömrəli güləş federasiyasıdır ki, idmançılara belə şərait yaradıb. İdmançılara bircə güləşmək qalır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB