Əfqan Həmzəyev iki beynəlxalq turnirin oyunlarına təyinat alıb

Əfqan Həmzəyev iki beynəlxalq turnirin oyunlarına təyinat alıb
Çimərlik futbolu üzrə FİFA referisi Əfqan Həmzəyev iki beynəlxalq turnirin oyunlarına təyinat alıb. Siasport.az saytı xəbər verir ki, o, iyulun 14-dən 18-dək Belarusun Minsk şəhərində keçiriləcək "Dostluq-2011" turnirində və iyulun 23-dən 29-dək Gürcüstanın Batumi şəhərində təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək. Bundan əlavə, iyulun 21-dən 23-dək Batumi şəhərində Əfqan Həmzəyevin rəhbərliyi ilə Gürcüstanın çimərlik futbolu üzrə hakimlərinə seminar keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə