Azərbaycanın qadın güləşi üzrə yığma komandası açıq məşq keçirib. Siasport.az saytı xəbər verir ki, məşq yeni istifadəyə verilmiş Olimpiya Təlim Bazasında baş tutub. 8-10 iyul 2010-cu il tarixdə Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinə hazırlıq xarakteri daşıyan məşqdə ilk öncə baş məşqçi Rövşən Umudov idmançılara öz tövsiyyələrini verib. Daha sonra isə məşqlərə start verilib. Müxtəlif isinmə hərəkətlərindən sonra güləşçi qızlarımız əsas məşqə başlayıblar.
Qeyd edək ki, bir neçə ölkənin komandası da yığmamızla birlikdə təlim-məşqlərə qatılıblar.
Yığmamızın "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsində aşağıdakı heyətlə iştirakı gözlənilir:
1. Stadnik Mariya 48 kq
2. Doroqan Anjela 51 kq
3. Ratkeviç Yuliya 55 kq
4. Zamula Olesya 59 kq
5. Zutova Gözəl 63 kq
6. Belyayeva Anna 63 kq
7. Sementsova Nadya 72 kq
8. Palamarçuk Natalya 72 kq
9. Qurbanqadjiyeva Zümrüd 72 kq
10. İvanova Dina 72 kq
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB