Lorik Cana "Qalatasaray"ı tərk edib "Latsio"ya getdi!

Lorik Cana "Qalatasaray"ı tərk edib "Latsio"ya getdi!

İstanbulun "Qalarasaray" futbol klubunun forvardı  Lorik Cananın İtaliyanın "Latsio" futbol klubuna keçidi rəsmiləşib. Siasport.az saytı xəbər verir ki, artıq argentinalı futbolçu Türkiyənin NTV Spor kanalına açıqlama verərək diqqətə çatdırıb ki, artıq o italyan klubu ilə müqavilə imzalamaq üçün bu ölkəyə yollanır. Atası və meneceri ilə birlikdə "Latsio" rəhbərliyi ilə transfer məsələlərini həll etdiklərini deyən L.Cana, İtalıyanın ən böyük klublarından birində forma geyinəcəyini və bundan qürur duyduğunu açıqlayıb."Qalatasaray"ın bütün Avropada sayılan-seçilən klublardan biri olduğunu deyən argentinalı futbolçu, bu klubda keçirdiyi günləri xoş xatirə kimi həmişə xatırlayacağını və həmişə "Qalatasaray" azarkeşi olaraq qalacağını deyərək, Fatih Terimin gəlişi ilə "Qalatasaray"ın böyük uğurlar qazanacağına əmin olduğunu da dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə