Qızlarımız 2-ci oldular

1994-1995- ci il təvəllüdlü qızların voleybol üzrə EEVZA (Şərqi Avropa Voleybol Zonal Asossasiyası) Çenpionatı sona çatıb. SİA-nın xəbərinə görə, hər il keçirilən EEVZA çenpionatında bu il 8 komanda çıxış edib. (Rusiya, Litva, Estoniya, Latviya, Azərbaycan, Belarusiya, Ukrayna, Polşa).

İlk gündə yarışa qələbə ilə başlayan qızlarımız inamlı oyun göstərərək Belarusiya komandasını 3:0 hesabı ilə məğlub ediblər. Elə həmin gün komandamız Ukrayna komandasına da öz gücünü göstərib və 3:2 hesabı ilə qalib gəlib. Yarışın 2-ci günü qızlarımız çenpionatın ən güclüsü olan Rusiya millisi ilə qarşılaşaraq çox gərgin keçən oyundan 3:1 hesabı ilə məğlubiyyətlə ayrılıblar.

Yarışın son günü komandamız Estoniya millisi ilə qarşılaşıb. Oyunda komandamız 3:1 hesabı ilə qələbə qazanıb. Bütün oyunun nəticələrinə görə, qızlarımız EEVZA çenpionatını 2-ci pillədə tamamlayıblar. 1-ci pillənin sahibi isə Rusiya millisi olub.


Bütün xəbərlər Facebook səhifəmizdə