"Barselona" klubu "Fənərbaxça"da forma geyinən braziliyalı oyunçu Andres Santos ilə yaxından maraqlanır. Siasport.az saytı xəbər verir ki, uzun müddətdir ki, Santosun oyununu izləyən katalonlar, Cənubi Amerika kubokunda Braziliya yığmasında oynayan futbolçunun göstərdiyi performansını bəyəniblər.
Maraqlıdır ki, Andres üçün qiymət də açıqlanıb. Belə ki, ilk qiymət 16 milyon avrodur. Bu qiymətin çempionatda göstərdiyi performansa əsasən artıb-azala biləcəyi də qeyd edilir.
Həmçinin oyunçunu "Barsa"da 31 yaşlı fransız futbolçu Abidalın ən yaxşı alternativi kimi göstərirlər.
Qeyd edə ki, Santos Braziliya-Venesuala oyunuda ilk onbirlikdə yer almışdı və oyun 0:0 hesabı ilə başa çatmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB