İngiltərənin "Liverpul" futbol klubu, Pepe Reynaya alternativ qapıçı axtarışını uğurla başa vurub. Siasport.az saytı xəbər verir ki, keçən ili də uğursuz şəkildə başa vuran Liverpul təmsilçisi, artıq yeni mövsüm üçün ciddi hazırlıqlara başlayıb. Artıq bu klubun ilk transferi kimi isə "Roma"nın 31 yaşlı qolkiperi Donini göstərmək olar. Belə ki, "Liverpul", İstanbulun "Qalatasaray" futbol klubunun da yaxından maraqlandığı qolkiperi heyətinə qatmaq üzrədir. Bu transfer üçün isə "Liverpul" "Roma"ya 1,5 milyon avro təzminat ödəyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB