Dmitri Medvedev Roberto Karlosa məktub yazdı!

Dmitri Medvedev Roberto Karlosa məktub yazdı!

Rusiya Federasiyasının Prezidenti Dmitriy Medvedev, hazırda Rusiyanın \"Anji\" futbol klubunda forma geyinən məşhur braziliyalı futbolçu Roberto Karlosa üzrxahlıq məkutubu göndərib. Siasport.az saytı xəbər veri ki, Rusiya dövlət başçısı, bir müddət bundan əvvəl Rusiya premyer liqassının növbəti oyunlarının birində azarkeşlər tərəfindən banan \"yağışına\" tutularaq təhqir olunan İspaniya \"Real\"ının əfsənəvi futbol ulduzu R.Karlosa dəstək olduqlarını ifadə edib. Rusiya prezidenti, baş verənlərin heç bir zaman Rusiyalı futbol azarkeşlərinin mövqeyini ifadə etmədiyini, bunun bir qrup xuliqan dəstəsinin işi olduğunu yazıb. D.Medvedev, eyni zamanda Rusiyada hər kəsin bu baş verənlərdən təəsüfləndiyini yazaraq, R.Karlosdan qarşıdakı oyunlarda daha gözəl futbol sərgiləməsini xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə