"Qarabağ" klubu artıq Bakıdadır

"Qarabağ" klubu artıq Bakıdadır

"Qarabağ" klubu artıq Bakıdadır. Siasport.az saytı xəbər verir ki, Avroliqanın 1-ci mərhələsinin ilk oyununda səfərdə Litvanın "Banqa" klubuyla qarşılaşan komanda 4:0-lıq möhtəşəm qələbədən sonra artıq vətənə qayıdıb. Dünən axşam Riqa - İstanbul - Bakı reysiylə paytaxta dönən komandamız səhər saat 05:00 radələrində Azərbaycana qədəm qoyub. Səhərin erkən saatları olmasına baxmayaraq, Azərbaycanın Avrokuboklarda ən uğurlu təmsilçisini azarkeşlər də qarşılayıb.

Qeyd edək ki, "Qarabağ" bu gün istirahət edəcək. Sabahdan etibarən isə komanda "Banqa" ilə cavab oyununun hazırlıqlarına başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə