"Bakı" futbol klubu yeni transferini reallaşdırıb. Siasport.az saytı xəbər verir ki, bu, Kiyev "Dinamo"sundan transfer olunan Maris Verpakovskidir. Latviya milli komandasının hücumçusu ilə iki illik müqavilə imzalanıb.
Maris Verpakovski (Maris Verpakovskis) 1979-cu ilin 15 oktyabr tarixində anadan olub. 31 yaşlı Verpakovskis karyerası ərzində Latviyanın "Baltika", "Metallurq", "Skonto" klublarının formasını geyib.
O, 2003-cü ildən Kiyev "Dinamo"suna transfer olunub. Maris 2007-2008-ci illər mövsümlərində İspaniyanın "Xetafe" və "Selta", Xorvatiyanın "Hayduk" və Yunanıstanın "Erqotelis" klublarında oynayıb.
Maris Verpakovski Latviya milli komandasının heyətində 86 oyun keçirib və 28 qola imza atıb.
Verpakovski 3 dəfə (2001, 2002, 2003) Latviya çempionu tituluna sahib çıxıb, Latviya Kubokunun 2 qat (2001, 2002) sahibidir.
2004-cü ildə "Dinamo" Kiyevlə Ukrayna çempionu titulunu qazanıb, 2005-2006-cı illərdə ardıcıl 2 dəfə Ukrayna kubokunu başı üzərinə qaldırıb.
2004-cü il Avropa çempionatının final mərhələsinin iştirakçısıdır. 2003 və 2004-cü illlərdə Latviyanın ən yaxşı futbolçusu seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB