Sloveniyada təlim-məşq toplantısını davam etdirən "Bakı" növbəti mövsüm hazırlıqlarını gündə 2 məşqlə davam etdirir. Siasport.az saytı xəbər verir ki, təlimlərin 3-cü günü fiziki və taktiki təmrinlər üzərində qurulub.
Komandanın baş məşqçisi Aleksandr Starkov hazırlıqların gedişindən razıdır. Onun fikrincə, ilk təlim-məşq toplantısı futbolçular üçün faydalı olacaq. 12 günlük təlim-məşq toplantısı ərzində 3 yoldaşlıq oyununun keçirilməsi olanlaşdırılır.
İyulun 4-də isə komanda bu silsilədən ilk oyununu keçirəcək. Bakı vaxtı ilə saat 23-də başlanacaq qarşılaşmada rəqib Sloveniyanın NK "Domjale" klubu olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB