Xəbər verdiyimiz kimi, "İnter" PİK UGFM-nin 10 yaşlı futbolçulardan ibarət komandası Almaniyada keçirilən beynəlxalq turnirlərdə iştirak etmişdi. Siasport.az saytı xəvər verir ki, Almaniyada səfərdə olduğu müddətdə "İnter"in futbolçuları "TV Elverdissen E1910" Futbol Klubunun stadionunda keçirilən "Internationaler U-11-Cup" turnirində ikinci yeri tutmuşdular. Bu əlamətdar hadisəylə əlaqədar olaraq "Şəfa" stadionunun ərazisində yerləşən "İnter" kafesində təbrik mərasimi keçirilib. Mərasimə qatılan "İnter" PİK-in prezidenti Georgi Nikolov Almaniya səfərinin yekunlarını müsbət qiymətləndirib və komandaya yeni-yeni uğurlar arzulayıb. Komandanın baş məşqçisi Rövşən Babayev göstərilən dəstəyə görə klub rəhbərliyinə minnətdarlığını bildirib və yetirmələrin bundan sonra da yüksək yerlər uğrunda mübarizə aparmağa çalışacaqlarını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB