UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Zaqreb "Dinamo"su ilə oyunlara hazırlaşan "Neftçi" PFK Avstriyada təlim-məşq toplanışını davam etdirir. Siasport.az saytı xəbər verir ki, komanda dünən səhər saatlarında baş məşqçi Arif Əsədovun rəhbərliyi altında məşq keçib.
Flaqman ikinci hazırlıq prosesində ilk yoxlama oyununu bu gün keçirəcək. Albaniya çempionu "Skenderbu" klubu ilə oyun Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB