Fatih Terim: "Mən "Qalatasaray"ı zəfərlərə daşımaq üçün buradayam!"

Fatih Terim: "Mən "Qalatasaray"ı zəfərlərə daşımaq üçün buradayam!"

Nəhayət ki, Fatih Terim "Qalatasaray"ın baş məşqçisi kimi bu gün rəsmən fəaliyyətə başlayıb. Siasport.az saytı xəbər verir ki, "Qalatasaray"da üçüncü dəfə baş məşqçi kimi fəaliyyətə başlayan "imperator", bir sıra açıqlamalar da verib. İstanbul klubunun nümayəndəsi Ali Dürüstün də iştirak etdiyi imzalama mərasimində "Qalatasaray" azarkeşlərinə yenidən möhtəşəm "cim bom" zəfərləri söz verən 58 yaşlı baş məşqçi bildirib ki, artıq yeni mövsümdən tamam başqa bir "Qalatasaray" ortaya çıxacaq: "Florya"nı Aslan yuvası etməyi düşünürük. Buranın açarı yoxdur. Florya "Galatasaray"ındır. Hamımızı sevincə qərq edəcək yeni uğurlar əldə etməliyik. Ona görə də bu gün burdayıq".

Bütün xəbərlər Facebook səhifəmizdə