“Rəvan” klubu heyətinə yeni futbolçu cəlb edib

“Rəvan” klubu heyətinə yeni futbolçu cəlb edib

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq Bakının "Rəvan" klubu heyətinə yeni futbolçu cəlb edib. Siasport.az saytı xəbər verir ki, komanda Estoniya millisinin qapıçısı Artur Kotenko ilə iki illik müqavilə imzalayıb.

Futbolçu hazırda "Rəvan"ın Bakıda keçirdiyi təlim-məşq toplanışında iştirak edir.

Xatırladaq ki, komanda hazırlıq prosesinin növbəti mərhələsini Sloveniyada keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə