"Atletiko Madrid" Forlanı və Reyesi heç bir kluba satmayacaq!

"Atletiko Madrid" Forlanı və Reyesi heç bir kluba satmayacaq!
İstanbulun "Qalatasaray" futbol klubunun heyətinə cəlb etmək üçün neçə müddətdir ki, mübarizə apardığı Diyeqo Forlan, "Atletiko Madrid"də qalacaq. Siasport.az saytı xəbər verir ki, bu açıqlama ilə "Atletiko Madrid"in baş məşqçisi Grigorio Manzano ispaniyalı jurnalistlərə bildirib ki, o Forlan-Reyes ikilisinin Madrid təmsilçisinin heyətində qalmalarını istəyir. Baş məşqçi bunu La Liqada "Real Madrid" və "Barselona" ilə keçirəcəkləri ağır oyunlarda bu iki futbolçunun "Atletiko Madrid" üçün olduqca önəmli futbolçu olmaları ilə izah edib. Artıq baş məşqçi bu iki futbolçunun klubda saxlanılması üçün rəhbərliyə müraciət etdiyini də diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə