Azərbaycanın London Yay Paralimpiya oyunlarına ilk lisenziyaları yüngül atletika idman növündə qazanılıb
Azərbaycanın London Yay Paralimpiya oyunlarına ilk lisenziyaları yüngül atletika idman növündə qazanılıb. Siasport.az saytı xəbər verir ki, milli yığmanın üzvləri - Oloxan Musayev (nüvə itələmə), Elçin Muradov, Rza Osmanov (hər ikisi - qaçış), Vladimir Zayets, Oleq Panyutin, Hüseyn Həsənov (hər üçü - uzunluğa tullanma) gələn il keçiriləcək Paralimpiya Oyunlarında iştirak edəcəklər.
Bu lisenziyalar carı ilin yanvar ayında Yeni Zenlandiyanın Kraysçörç şəhərində keçirilən atletika üzrə dünya çempionatında və aprel ayında Türkiyənin Antalya şəhərində keçirilən Dünya oyunlarında qazanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB