Vaqif Cavadov: \"Hiss edirəm ki, yeni komandama lazımam\"-MÜSAHİBƏ

Vaqif Cavadov: \"Hiss edirəm ki, yeni komandama lazımam\"-MÜSAHİBƏ

Azərbaycan millisinin futbolçusu Vaqif Cavadovun Rusiyanın \"Volqa\" klubunun rəsmi saytına müsahibə verib. Siasport.az saytı futbolçunun müsahibəsini nəzərnizə çatdırır:

- Vaqif, yəqin ki, bütün gün boyu sizi zənglər bezdirib...
- Belə olub. Dostlarım və tanışlarım zəng edir. Karyeramda yeni mərhələ ilə bağlı təbrik edirlər. Mən də çox şadam.

- \"Volqa\"ya keçidinizin necə alındığını danışın...
- Bu komandadan təklif əvvəl də gəlmişdi, ancaq alınmırdı. İndi əngəl olmadı. \"Volqa\" keçidim üçün mümkün hər şeyi etdi. Həm keçmişdə, həm də indi Rusiyanın Premyer Liqasının digər klublarından təkliflər vardı. Ancaq \"Volqa\"nın marağı daha konkret oldu. Elə mən özüm də hiss etdim ki, indi hazıram.

- ÇSKA-nın gənclərdən ibarət komandasında çıxışından sonra Rusiyada oynamamısan. İndi Rusiya Premyer Liqasında özünü göstərmək imkanını necə qarşıladın?
- Əgər istəyim olmasaydı, Rusiyaya qayıtmazdım. Bunun üçün yaradılan imkana görə çox şadam. Bundan maksimal istifadə etməyə çalışacağam. Buna köklənirəm ki, burda, \"Volqa\"da səviyyəm artacaq. Bundan əlavə hiss edirəm ki, yeni komandama lazımam. Xüsusilə indi, heç də ona asan olmadığı anda.

- Hollandiya çempionu da güclü turnirdi. Niyə alınmadı?
- \"Tvente\"yə keçidimdən bir həftə sonra dizimdən zədə aldım. Meniskdən əməliyyat edildim, bundan sonra uzun müddət bərpa olundum. Formamı qaytarmaq üçün \"Bakı\"ya icarəyə yollandım. İndi başa düşürəm ki, yeni şans almaq və özümü güclü Rusiya çempionatında sınamaq üçün bütün bunları keçməli idim. Mən oynamağı çox istəyirəm.

- Funksional hazırlığını necə qiymətləndirərdin?
- Moskvaya uçana kimi mən \"Tvente\"nin heyətində gündə 2 dəfəlik məşq rejimi keçirdim. Hər şey qaydasındadır. \"Volqa\" ilə təlim-məşq toplanışından sonra onun ilk oyununa kimi optimal formama çatacağıma ümid edirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə