İstanbulun "Qalatasaray" futbol klubunun kapitanı Arda Turan, sevgilisi Sinem Kobalı yamanca qısqanırmış. Siasport.az saytı xəbər verir ki, Türkiyənin "STAR" televiziyasında yayımlanan "Yerdən göyə" proqramında aparıcının suallarını cavablandıran 24 yaşlı futbolçu, son günlər Türkiyə mətbuatında sevgilisi və şəxsi həyatı ilə bağlı əsassız məlumatların yer almasından ciddi narahat olduğunu dilə gətirib. A.Turan bildirib ki, o insanların özünə və sevgilisinə qarşı hörmət göstərmələrini istəyir. Sevgilisinin çox çalışdığını və öz sahəsində uğur qazandığını açıqlayan "Qalatasaray"ın gənc kapitanı, gəzən şayiələrdən daha çox S.Kobalının narahat olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB