Elvin Məmmədov 1/8 finala vəsiqə qazanıb

Elvin Məmmədov 1/8 finala vəsiqə qazanıb

"Sərhədçi" Olimpiya İdman Mərkəzində London Olimpiadasında iştirak üçün taekvondo üzrə lisenziyalı dünya turnirinin ikinci günü start götürüb. Siasport.az saytı xəbər verir ki, dördgünlük yarışlarda 8 çəki dərəcəsində - qadınlar arasında 49, 57 və 67 və 67 kq-dan yuxarı, kişilər arasında 58,68, 80 və 80 kq-dən yuxarı çəki dərəcələrində 24 lisenziya uğrunda mübarizə aparılır.

Qeyd edək ki, Azərbaycan taekvondoçularından Fəridə Əzizova 67 kq çəki dərəcəsində London Olimpiadasında iştirak etmək şansı qazanıb. O, finalda koreyalı Mi-Kuinq Kimə məğlub olub.

Bu gün Bakı arenasında 68 kq çəki dərəcəsində kişilər, 67 kq-dan yuxarı çəki dərəcəsində qadınlar çıxacaqlar.

68 kq-da Azərbaycanı Elvin Məmmədov təmsil edir. O, ilk görüşündə Çexiya təmsilçisi Viktor Yankovski ilə qarşılaşıb və qələbə qazanıb.

Daha sonra isə isveçli Milob Aşari ilə üz-üzə gələn idmançımız bu görüşdən də qalib ayrılıb və 1/8 finala vəsiqə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə