İngiltərənin "Arsenal" futbol klubunun kapitanı Sers Fabreqasın "Barselona" klubuna keçidi ilə bağlı son günlər baş alıb gedən informasiyalar, "topçular"ın düşərgəsində ciddi narazıçılıq yaradıb. Siasport.az saytı xəbər verir ki, əvvəlcə buna klubun azarkeşləri etiraz etsələr də, artıq bu etiraz dalğası klubun rəhbərliyində də hiss olunmağa başlayıb. Belə ki, dünən klubun idarə heyətinin toplantısında bir sıra rəhbər nümayəndələr S.Fabreqasın "Barselona"ya satılmasının klubun imicinə və qarşıdakı Premyer Liqa oyunlarına böyük ziyan vuracağını açıqlayıblar. Onları narahat edən əsas məqam isə, qarşıdakı mövsümdə İngiltərə çempionu olmaq istəyən bir klubun, əsas qol silahını əldən verməsidir. Klub idarəçiləri nə "Arsenal"ın böyük borc girdabında olduğunu, nə də S.Fabreqasın satışının klubun büdcəsinə əhəmiyyətli təsir edəcəyini düşünmədiklərini deyiblər. Artıq ingilis mətbuatı da "Arsenal"dakı gərginlik barədə yazılar dərc etməyə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB