Əziz Yıldırım \"Fənərbaxça\"nı Türkiyənin ən böyük klubu sayır!

Əziz Yıldırım \"Fənərbaxça\"nı Türkiyənin ən böyük klubu sayır!
İstanbulun \"Fənərbaxça\" futbol klubunun prezidenti Əziz Yıldırım bir sıra açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun prezidenti hazırda Türkiyədə ən güclü komanda kimi \"Fənərbaxça\"nı gördüyünü dilə gətirərək, bunu qarşıdakı UEFA Çempionlar Liqasının oyunlarında və Türkiyə Superliqasında əməli şəkildə ortaya qoyacaqlarını bildirib. Hazırkı heyətlə UEFA Çempionlar Liqasında uğurla çıxış etməyə qadir olduqlarını deyən Ə.Yıldırım, yeni transferlərlə bağlı məsələyə toxunmaqdan imtina edib. O, eyni zamanda \"Fənərbaxça\"nın ispaniyalı futbolçusu Daniel Quizanın da \"Xetafe\"yə transferi barədə danışıb. Klub prezidenti \"Xetafe\"nin D.Quizanı yenidən komandaya qaytarmaq niyyətindən xəbərdar olduğunu deyərək, bunun üçün onların irəli sürdükləri şərtlərin yerinə yetirilməsinin vacib olduğunu açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə