2012-ci ildə təşkil olunacaq futzal üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının çıxış edəcəyi qrupun oyunları Bakıda keçiriləcək. Siasport.az saytı xəbər verir ki, millimizin rəqibləri iyulun 7-də, Bakı vaxtı ilə saat 17:00-da, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək. Seçmə mərhələnin oyunları dekabrın 14-dən 18-dək olan müddətdə baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB