"İnter" də darmadağına imza atdı

"İnter" də darmadağına imza atdı

Xəbər verdiyimiz kimi, iyunun 30-da Türkiyənin İsparta şəhərində məskunlaşan "İnter" komandası Ukraynanın "Metallurq"(Zaporojye) klubu ilə yoxlama görüşü keçirib. Siasport.az saytı xəbər verir ki, "SİRENE DEVRAS" otelin ərazisində yerləşən meydançada baş tutan oyuna "İnter" bu heyətlə çıxıb : Georgi Lomaya, Arif Daşdəmirov,Valeri Abramidze,Şəhriyar Rəhimov,İlia Kandelaki, Asif Mirili, Bronislav Çervenka(k), Elnur Abdulov, Asif Məmmədov və Girts Karlsons.


Birinci hissənin əvvəlindən qarşılıqlı hücumlar şəraitində keçən oyunun 20-ci dəqiqəsində "Metallurq" futbolçuları Lomayanın qapısına yol tapsa da, görüşün baş hakimi bu epizodda oyundan kənar vəziyyəti qeydə alaraq, qolu saymadı. "İnter" buna Girts Karlsonsun akrobatik zərbəsi ilə cavab verdi, lakin "Metallurq"un qapıçısı komandasını qoldan xilas edə bildi. Bununla da birinci hissə başladığı kimi başa catdı.


Oyunun fasiləsində Kaxaber Tsxadadze heyətin 8 üzvünü istirahətə yolladı. Onların yerinə meydana Dmitriy Kramarenko, Rüstəm Abbasov, Baçana Tsxadadze, Samir Zərgərov, Xəyal Mustafayev, Ruslan Poladov, Nizami Haciyev və Daniel Genov daxil oldular.


Bu əvəzetmələr oyunun taleyinə təsir göstərdilər. Artıq 54-cü dəqiqədə Daniel Genovun ötürməsindən sonra Nizami Haciyev hesabı açdı. 11 dəqiqə sonra baxışda olan Rüstəm Abbasov baş zərbəsi ilə hesabı 2:0-a çatdırdı. "Metallurq" özünə qəlməmiş "İnter" üçüncü dəfə fərqləndi. Bu dəfə Ukrayna komandasını Baçana Tsxadadze məyus etdi. Görüşün başa çatmasına 3 dəqiqə qalmış isə "İnter"in yeni transferi Samir Zərgərov oyunda nöqtə qoydu.


Beləliklə, toplanış çərçivəsində keçirilən ilk görüşdə "İnter" "Metallurq"u 4:0 hesabı ilə darmadağan etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə