Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Neftçi" klubunun Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası ilə iyulun 19-da keçirəcəyi cavab oyunu saat 21:00-da başlanacaq. Siasport.az saytı xəbər verir ki, bu qarşılaşmanın birbaşa televiziya yayım hüququ ilə əlaqədar "Neftçi" PFK tender elan edir. "Neftçi"nin Çempionlar Liqasındakı ev oyununu translyasiya etmək istəyən teleşirkət kluba yazılı şəkildə müraciət edə bilər. Qeyd edək ki, iyulun 13-də Zaqrebdə baş tutacaq ilk oyunun Azərbaycan üçün televiziya hüququnu əldə edən teleşirkət cavab görüşü ilə əlaqədar elan olunan tenderdə "Neftçi" PFK tərəfindən nəzərə alınacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB