"Qarabağ" rəqibini səfərdə darmadağın etdi, "AZAL"ın işi Allaha qalıb!

"Qarabağ" rəqibini səfərdə darmadağın etdi, "AZAL"ın işi Allaha qalıb!
Bu gün UEFA Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində ilk oyunlar keçirilib. Siasport.az saytı xəbər verir ki, Avroliqada mübarizə aparan klublarımızdan ikisi artıq mübarizəyə qoşulublar. Belə ki, əvvəlcə "AZAL" futbol klubu Şüvəlandakı "AZAL" stadionunda Belarusun "Minsk" futbol klubunu qəbul edib. Komandamızın yaxşı oyun nümayiş etdirməsinə baxmayaraq, hesabı qonaq komanda açıb. Belə ki, qarşılaşmanın 11-ci dəqiqəsində İqor Voronkov komandamızın qapısına yol tapıb, 1:0.
Düzdür, komandamız vurulan qoldan sonra ruhdan düşməyib və cəmi 4 dəqiqə sonra İqbekoyi hesabı bərabərləşdirib. Amma nə qədər cəhd etsə də "AZAL"ın bundan artığına gücü çatmayıb və qarşılaşma 1:1 hesabı ilə başa çatıb. İndi komandamızı Belarusda çətin sınaq gözləyir.
Ağdamın "Qarabağ" komandası isə səfərdə Litvanın "Banqa" klubu ilə qarşılaşıb. Rəqibindən səviyyəcə çox yüksəkdə duran "Qarabağ", elə hesabda da bunu nümayiş etdirməyə macal tapıb. Belə ki, Ağdam təmsilçisi qarşılaşmanın 16-cı dəqiqəsində Rəşad Sadiqovun, 33 və 70-ci dəqiqələrdə Vüqar Nadirovun, habelə qarşılaşmanın 88-ci dəqiqəsində Bəxtiyar Soltanovun vurduqları qollarla artıq bu mərhələnin taleyini elə rəqib meydanındaca həll etmiş olub.

Bütün xəbərlər Facebook səhifəmizdə