Bakının "Neftçi" futbol klubunun əvəzedicilərdən ibarət komandası təlim-məşq toplanışı keçmək üçün Gürcüstandadır. Siasport.az saytı xəbər verir ki, baş məşqçi Elşad Əhmədovun rəhbərlik etdiyi komanda Ureki qəsəbəsinə gəlib. İyulun 13-dək davam edəcək hazırlıq prosesində əvəzedicilər iki yoxlama oyunu keçirəcəklər. Ayın 9-da və 12-də oynanılacaq görüşlərdəki rəqiblər hələ müəyyənləşməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB