Luiş Fabiyano İstanbula gəlir?
İstanbulun "Qalatasaray" futbol klubu indi də növbəti transfer üçün üzünü Braziliyaya tutub. Siasport.az saytı xəbər verir ki, İstanbul təmsilçisi daha bir braziliyalı futbol ulduzu Luiş Fabiyanonu transfer etmək  üçün hərəkətə keçib. Belə ki, baş məşqçi Fatih Terimin istəyi ilə klubun rəsmi nümayəndələri Bülent Tulun və  Sedat Doğan Braziliyaya gedərək L.Fabiyanonun heyətində çıxış etdiyi "Sao Paulo" klubu ilə danışıqlara başlayacaqlar. Amma klub rəhbərliyi, əvvəlcə dizindən zədə alaraq hazırda müayinə olunan braziliyalı ulduzu həkim nəzarətindən keçirdikdən sonra onun transferi ilə bağlı danışıqlar masasına əyləşməyi qərar alıb. Əgər həm danışıqlar, həm də futbolçunun sağlamlığı ilə bağlı həkim rəyi müsbət olarsa, "Qalatasaray" rəhbərliyi  L. Fabiyano ilə 2 illik müqavilə imzalamağa hazırlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə